Ermənistanda yol qəzasında ölənlərin sayı 9-a çatdı

Dünya xəbərləri Xəbər 4 Noyabr 2026 10:08 (UTC +04:00)
Ermənistanda yol qəzasında ölənlərin sayı 9-a çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həyatını itirib, daha 3 nəfər xəsarət alıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, hadisə noyabrın 3-də Araqatsotn vilayətində, Ohanavan kəndi yaxınlığında Aparan–Aştarak avtomobil yolunda qeydə alınıb.

Məlumata əsasən, hərəkətdə olan dörd avtomobil toqquşub. Qəza ilə bağlı məlumat xilasedicilərə saat 20:55-də daxil olub.

Hadisə yerinə dərhal xilasedicilər və müvafiq xidmətlərin əməkdaşları cəlb edilib. Qəza nəticəsində 9 nəfər aldığı xəsarətlərdən hadisə yerində və ya sonradan həyatını itirib. Daha 3 yaralı tibbi yardım göstərilməsi üçün tibb mərkəzinə çatdırılıb.

Hadisənin başvermə şəraiti və qəzanın dəqiq səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti