İstanbul Fond Birjasının keçmiş rəhbəri həbs olunub

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 15:38 (UTC +04:00)
İstanbul Fond Birjasının keçmiş rəhbəri həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin İstanbul Fond Birjasının keçmiş baş direktoru Korkmaz Ergün rüşvətxorluqda və cinayətkar qruplaşmada iştirak ittihamı ilə həbs edilib.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Oktyabrın 31-də o, kapital bazarında həyata keçirilən əməliyyatlarla bağlı araşdırma çərçivəsində saxlanılmışdı. Bundan sonra birjanın İdarə Heyəti baş direktorun müavini Atilla Türeli qurumun rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.

İstintaq tədbirlərindən sonra Ergün məhkəməyə aparılıb. Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Bundan əlavə, "TRT Haber"in məlumatına görə, noyabrın 3-də İstanbul Prokurorluğu həmin istintaq çərçivəsində daha altı şübhəlinin saxlanılması barədə order verib. Onların arasında Türkiyənin Kapital Bazarları Şurasının dörd keçmiş yüksək vəzifəli əməkdaşı, Bank Tənzimləmə və Nəzarət Agentliyinin şöbələrindən birinin rəhbəri, eləcə də "Tera Holding" investisiya holdinqinin inzibati məsələlər üzrə direktoru var.

Qeyd edək ki, "Borsa İstanbul A.Ş." (İstanbul Fond Birjası) Türkiyənin yeganə fond birjası və ölkənin qiymətli kağızlar bazarının operatorudur. Birja 2013-cü ildə İstanbul Fond Birjasının, İstanbul Qızıl Birjasının və Türkiyə Törəmə Maliyyə Alətləri Birjasının birləşdirilməsi nəticəsində yaradılıb. Burada şirkətlərin səhmləri, istiqrazlar, törəmə maliyyə alətləri və qiymətli metallar üzrə ticarət aparılır.

Korkmaz Enes Ergün 2021-ci il martın 26-dan 2026-cı ilin oktyabrınadək birjaya rəhbərlik edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti