İrandan Azərbaycana 136 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alındı

Hadisə Press-reliz 2 Noyabr 2026 16:48 (UTC +04:00)
İrandan Azərbaycana 136 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alındı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç halda həmin narkotik vasitələr və həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti