Bakı. Trend:
“Latsio” İtaliya futbol çempionatının X turu çərçivəsində doğma meydanda “Kalyari”ni 2:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Qustav İsaksen (36-cı dəqiqə) və Andrea Pinamonti (83-cü dəqiqə) fərqləniblər. Məğlub komandanın yeganə qolunu isə M'Bala Nzola (21-ci dəqiqə) vurub. Əlavə olunmuş birinci dəqiqədə ikinci sarı vərəqə alan “Latsio”nun müdafiəçisi Adam Obert meydandan qovulub.
Bu qələbə sayəsində xallarını 28-ə çatdıran “Latsio” İtaliya çempionatının turnir cədvəlində vahid lider olub. İkinci pillədə 25 xalla “İnter” qərarlaşıb. Milan təmsilçisi bu turda “Milan”a 1:3 hesabı ilə uduzub.
“ Kalyari” isə 13 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.