Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 17:26 (UTC +04:00)
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb

Bakı. Trend:

Fransada oktyabrın 31-də keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı saxlanılanların sayı 779-a çatıb.

Bu barədə "Le Parisien" qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verib.

DİN həmçinin bildirib ki, bir sıra şəhərlərdə qiymət artımına qarşı keçirilən nümayişlər zamanı baş verən iğtişaşların qarşısının alınması ilə əlaqədar ümumilikdə 159 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Bununla yanaşı, Parisdə xuliqanlar jandarmalara qarşı yandırıcı qarışıq olan kustar üsulla hazırlanmış pirotexniki vasitələrdən istifadə ediblər. Nəticədə asayiş keşikçilərindən ən azı biri ciddi yanıq xəsarətləri alıb.

Fransanın daxili işlər naziri Loran Nunez baş verənləri “qəsdən adam öldürməyə cəhd” kimi qiymətləndirib. Prokurorluq artıq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti