Tramp Kubada hakimiyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini düşünür

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 19:36 (UTC +04:00)
Tramp Kubada hakimiyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini düşünür
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Kubada hakimiyyət dəyişikliyi qarşıdakı iki il yarım ərzində baş verəcək. O, Venesuela ssenarisinin mümkünlüyünü də istisna etməyib.

Amerikalı mühafizəkar jurnalist Benni Conson müsahibə zamanı ondan Kubanın hazırkı rəhbərliyinin nə qədər müddət hakimiyyətdə qalacağını soruşub.

“Deyərdim ki, bu, uzun çəkməyəcək. Baxın, bu, iflasa uğramış ölkədir. Biz oradan [Kubadan] getmiş insanları çox tezliklə geri qaytaracağıq. Venesuelada nə etdiyimizə baxın, orada hər şey çox yaxşı nəticələnəcək. Əvvəlcə oradakı işi başa çatdıracağıq, sonra isə bəlkə başqa bir məsələ ilə məşğul olacağıq. Amma Venesuela ilə hər şey əla alındı. Hazırda isə İran adlı ölkə ilə məşğuluq və onu nüvə silahına sahib olmaq imkanından məhrum edirik”, – deyə ABŞ lideri cavab verib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb.

“Biz Kubanı çox diqqətlə izləyirik və [ABŞ dövlət katibi] Marko [Rubio] bu məsələ ilə çox ciddi məşğul olur. Onun valideynləri Kubadandır. Qarşıdakı iki il yarım ərzində bu məsələni mütləq həll edəcəyik, əslində, daha da tez”, – deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti