Qızıl axtarırdı, 100 min avroluq külçə tapdı

Maraqlı Xəbər 31 Oktyabr 2026 18:11 (UTC +04:00)
Qızıl axtarırdı, 100 min avroluq külçə tapdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyada bir kişi metal detektoru ilə qızıl axtararkən çəkisi 1,2 kiloqramdan çox olan qızıl külçəsi aşkar edib.

Bu barədə "Bild" nəşri yazır.

Tapıntı oktyabrın ortalarında Yeni Cənubi Uels ştatında, Tibooburra qəsəbəsi yaxınlığındakı Mount Stuart fermasının ərazisində aşkarlanıb. İlkin qiymətləndirməyə görə, külçənin tərkibində təxminən 940 qram xalis qızıl var. Onun dəyəri 150-160 min Avstraliya dolları (təxminən 100 min avro) təşkil edir.

Anonim qalmaq istəyən qızıl axtaran şəxs "ABC News" telekanalına bildirib ki, bir neçə gün ərzində ərazini metal detektoru ilə yoxlayıb və əsasən metal tullantıları – mismarlar, at nalı, gilizlər və qurğuşun güllələri aşkar edib. Qızıl külçəsini tapdığı gün isə artıq axtarışı başa çatdırmağa hazırlaşırmış. Bu zaman metal detektoru siqnal verib.

“Kürəklə təxminən 10 santimetr dərinliyində çuxur qazdıqda cihaz daha güclü siqnal verməyə başladı. Kürəklə birinci və ya ikinci dəfə torpağı qaldırdıqdan sonra parlaq sarı rəngli bir parıltı gördüm”, – deyə kişi bildirib.

Hazırda tapıntının özəl kolleksiyaçıya satılması planlaşdırılır. Qızıl külçəsi yalnız qiymətli metal kimi deyil, həm də nadir təbii nümunə kimi dəyər daşıdığı üçün onun qiyməti 200 min Avstraliya dollarına (təxminən 126 min avro) çata bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti