Ölümcül virusdan ölənlərin sayı 5 mini ötdü

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 09:58 (UTC +04:00)
Ölümcül virusdan ölənlərin sayı 5 mini ötdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Konqo Demokratik Respublikasında (KDR) hazırkı Ebola epidemiyası çərçivəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb.

Bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

İnstitutun hesabatında bildirilir ki, bu günə qədər Ebola virusu nəticəsində ölənlərin sayı 5 026 nəfərə çatıb. Yoluxanların sayı isə 10 351 nəfər təşkil edir. Ölüm göstəricisi 48,6 faizə çatıb.

Ebola epidemiyası mayın 15-də KDR və Uqandada başlayıb və Afrikada müşahidələrin aparıldığı bütün dövr ərzində ölüm hallarının sayına görə ikinci ən böyük epidemiya olub.

KDR-in səkkiz əyalətində Ebola virusuna yoluxma və ölüm halları qeydə alınıb. Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib.

Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə Ebola virusuna ilk yoluxma halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də isə Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində Ebola virusuna ilk yoluxma halının aşkarlandığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti