Putinlə Zelenski arasında telefon danışığı olacaq? - Kremldən açıqlama

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 11:25 (UTC +04:00)
Putinlə Zelenski arasında telefon danışığı olacaq? - Kremldən açıqlama
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts də daxil olmaqla, hər kəslə dialoqa açıqdır.

"İnterfax"ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, “Yunaşev Live” verilişinə müsahibəsində Fransa prezidentinin və ya Almaniya kanslerinin Putinə zəng edəcəyi təqdirdə onun telefon zənginə cavab verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Əlbəttə, telefonu götürər. O, hər kəslə dialoqa açıqdır”.

Ukrayna Prezidenti Volodimir Zelenski zəng edəcəyi təqdirdə Putinin onunla danışıb-danışmayacağı ilə bağlı suala isə Peskov belə cavab verib: “Hələlik heç kim zəng etməyib”.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Putin-Zelenski görüşünün Moskvada keçirilə biləcəyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti