Bitkoin və "Ethereum" kəskin şəkildə ucuzlaşıblar

İqtisadiyyat Xəbər 30 Oktyabr 2026 03:54 (UTC +04:00)
Bitkoin və "Ethereum" kəskin şəkildə ucuzlaşıblar

Bakı. Trend:

Bazar kapitallaşmasına görə ilk iki yerdə qərarlaşan kriptovalyutaların – bitkoin və Ethereum-un (“efir”, ETH) qiymətləri kəskin şəkildə ucuzlaşır.

Bu barədə "Binance" platformasından məlumat verilib..

Məlumata əsasən, oktyabrın 30-da Bakı vaxtı ilə saat 00:42-yə olan məlumata görə, bitkoin 2,15% ucuzlaşaraq 79,370 min dollar səviyyəsində qərarlaşıb. Ethereum-un məzənnəsi isə 3,71% azalaraq 2,265 min dollar təşkil edib.

Bakı vaxtı ilə saat 00:47-yə doğru bitkoinin ucuzlaşması sürətlənərək 78,341 min dollara (3,32% azalma) çatıb. Ethereum-un məzənnəsi isə 5,01% geriləyərək 2,233 min dollar olub.

CoinMarketCap-ın oktyabrın 29-na olan məlumatına əsasən, ümumi kriptovalyuta bazarının kapitallaşması 2,67 trilyon dollar təşkil edib. Bunun 1,6 trilyon dolları (60,2%) bitkoinin, 276,6 milyard dolları (10,5%) isə Ethereum-un payına düşür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti