İsrail parlament seçkilərində hakim koalisiya üstünlüyünü saxlayıb

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 03:21 (UTC +04:00)
İsrail parlament seçkilərində hakim koalisiya üstünlüyünü saxlayıb

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası oktyabrın 27-də ölkədə keçirilən parlament seçkilərində bütün bülletenlərin 100 faizinin hesablanmasından sonra toplanan səslərin sayına görə liderlik edir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin məlumatlarda bildirilib.

Məlumata əsasən, “Likud” 120 yerlik parlamentdə 27 mandat qazanır. Netanyahunun əsas rəqibi, müxalifətdən olan Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yəşar” partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb. “Likud”un və Netanyahunu dəstəkləyən ifrat sağçı və ortodoksal partiyaların daxil olduğu blokun liderliyi də qorunur. Sözügedən blok Knessetdəki 120 yerdən 53-nə, müxalifət isə 48-nə nəzarət edir. Ərəb partiyaları 19 mandat qazanır. Proqnozlara görə, nə müxalifət, nə də “Likud” bu partiyalarla koalisiya qurmağa hazırdır.

Gözlənildiyi kimi, seçki prosesi ilə bağlı apellyasiyalara baxılması başa çatdıqdan sonra səsvermənin yekun rəsmi nəticələri noyabrın 4-dən gec olmayaraq açıqlanmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti