Bakı. Trend:
Manja Qrçiç Serbiya Radio və Televiziyasının baş direktoru vəzifəsindən istefa vermək üçün ərizə təqdim edib.
“Hazırda ictimai yayım xidmətinin fəaliyyət göstərdiyi şəraiti hərtərəfli nəzərdən keçirdikdən sonra bu qərarı qəbul etdim. Hesab edirəm ki, qurumun fəaliyyətini davam etdirməsinin təmin olunması onun maraqlarına uyğundur”, – deyə media holdinqi Qrçiçin bəyanatından sitat gətirib.
Bundan əvvəl Seriyada keçirilən parlament seçkilərində qalib gələn “Tələbə siyahısı” Serbiya Radio və Televiziyasının rəhbərliyinin istefasını tələb etmişdi. Birlik kadr dəyişikliklərinin zəruriliyini “ictimai yayımçının siyasi təsirdən azad edilməsi” ilə izah edib.
Serbiyanın birpalatalı parlamenti olan Xalq Skupşinasına növbədənkənar seçkilər oktyabrın 25-də keçirilib. Seçki məntəqələrinin 97,6 faizindən gələn səslərin hesablanmasının nəticələrinə görə, “Tələbə siyahısı” 52,71 faiz səs toplayıb. Keçmiş prezident Aleksandar Vuçiçin “Birləşmiş Serbiya” siyahısı isə 39,17 faiz səs qazanıb. Siyasətçi daha əvvəl seçkilərdə məğlub olduğunu etiraf edib.
