Türkiyədə 4 mərtəbəli bina çöküb

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 10:05 (UTC +04:00)
Türkiyədə 4 mərtəbəli bina çöküb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda əvvəllər boşaldıldığı bildirilən dörd mərtəbəli bina naməlum səbəbdən çöküb.

"Haber7"nin məlumatına görə, hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və araşdırma işlərinə başlanılıb.

Hadisə yerində əməliyyat davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti