RİNN ABŞ şirkəti ilə kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin hazırlanmasını müzakirə edib (FOTO)

İqtisadiyyat Press-reliz 27 Oktyabr 2026 12:22 (UTC +04:00)
RİNN ABŞ şirkəti ilə kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin hazırlanmasını müzakirə edib (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ABŞ-nin “Fortinet” şirkəti ilə kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin hazırlanmasını müzakirə edib.

Nazirlikdən verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti