Tramp Atlantik okeanının adını Amerika okeanı qoymaq istəyir

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 04:56 (UTC +04:00)
Tramp Atlantik okeanının adını Amerika okeanı qoymaq istəyir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını Amerika okeanı olaraq dəyişdirmək istədiyini bildirib. O, həmçinin bir çayın adının dəyişdirilməsi barədə düşündüyünü deyib.

Bu barədə D. Tramp ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Fikirləşin, bizim gölümüz və körfəzimiz var (Tramp administrasiyasının ABŞ-da Ontario gölünü “Amerika gölü”, Meksika körfəzini isə “Amerika körfəzi” adlandırması nəzərdə tutulur – red.). İndi bizə çay və okean lazımdır. Buna görə də Atlantik okeanının adını dəyişdirmək barədə düşünürəm. Onu Amerika okeanı adlandıracağıq. Düşünürəm ki, Avropa bundan çox məmnun qalacaq”, – deyə o bildirib.

ABŞ lideri adını dəyişdirmək istədiyi çayın hansının olduğunu açıqlamayıb. Bununla belə, Missisipi çayının adını dəyişdirməyəcəyinə söz verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti