Türkiyədə Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi şəxs saxlanılıb

Siyasət Xəbər 27 Oktyabr 2026 01:41 (UTC +04:00)
Türkiyədə Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi şəxs saxlanılıb

Bakı. Trend:

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi və ölkəyə girişi qadağan olunan "Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb.

Bu barədə media qrupunun "X" sosial şəbəkəsində məlumat verilib.

Bildirilib ki, o, sosial şəbəkələrdəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb.

"Biz onun vəkili vasitəsilə hüquqi prosesi diqqətlə izləyirik", - deyə əlavə edilib.

Qeyd edək ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, 31 Türkiyə Respublikasının vətəndaşı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub. Muhammed Emin Yıldırımın da adı həmin şəxslərin siyahısındadır.

Xəbər lenti

Xəbər lenti