Səslərin 70,55 faizi hesablandıqdan sonra Lula da Silva seçkilərdə liderliyini qoruyur

Dünya xəbərləri Xəbər 26 Oktyabr 2026 03:47 (UTC +04:00)
Səslərin 70,55 faizi hesablandıqdan sonra Lula da Silva seçkilərdə liderliyini qoruyur

Bakı. Trend:

Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda sağ müxalifətin namizədi, senator Flavio Bolsonaru üzərində üstünlüyünü artırmaqda davam edir. Bu barədə Mərkəzi Seçki Komissiyasının funksiyalarını yerinə yetirən Ali Seçki Məhkəməsinin səslərin 70,55 faizinin hesablanmasından sonra yenilənmiş məlumatlarında bildirilir.

Braziliya lideri səslərin 50,92 faizini toplayıb. Onun namizədliyini 44 373 987 seçici dəstəkləyib. Keçmiş prezident Jair Bolsonarunun oğlu isə 49,08 faiz səs qazanıb. Ona 42 763 353 nəfər səs verib.

Namizədlər arasındakı fərq iki faiz bəndinə yaxınlaşır və mütləq ifadədə artıq 1,6 milyon səsi ötür. Səslərin hesablanması zamanı Bolsonaru bir müddət liderliyə yüksəlsə də, Lula da Silva yenidən önə keçib və hazırda üstünlüyünü tədricən artırır.

Xəbər lenti

Xəbər lenti