Xaricdə təhsil alan azərbaycanlılar bu qərardan xəbərdar olmalıdır

Cəmiyyət Xəbər 24 Oktyabr 2026 12:47 (UTC +04:00)
Xaricdə təhsil alan azərbaycanlılar bu qərardan xəbərdar olmalıdır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları tələbə təhsil krediti (TTK) ala bilməyəcəklər.

Trend-in Təhsil Tələbə Kredit Fondudan əldə etdiyi məlumata görə, tələbə təhsil krediti yalnız Azərbaycan Respublikasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarına verilə bilər.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu (TTKF) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, tələbələrin təhsil haqqını ödəməsinə dəstək verən qurumdur. Fond 17 iyun 2021-ci il tarixli Prezident fərmanı əsasında yaradılıb, kreditlər üzrə müraciətlərin qəbuluna isə 25 noyabr 2021-ci ildə başlayıb.

TTK-dan aşağıdakı təhsil pillə və səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan vətəndaşları yararlana bilərlər. TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə münasibətdə bu müddət 14-22 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsili pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti