Yağıntılı hava nə vaxtadək davam edəcək?

Cəmiyyət Xəbər 23 Oktyabr 2026 15:56 (UTC +04:00)
Yağıntılı hava nə vaxtadək davam edəcək?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti