ABŞ İranla müharibəyə bu halda son qoyacaq

Dünya xəbərləri Xəbər 23 Oktyabr 2026 12:42 (UTC +04:00)
ABŞ İranla müharibəyə bu halda son qoyacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ İranın nüvə proqramı ilə bağlı “əhəmiyyətli razılaşma” əldə olunana qədər bu ölkə ilə müharibəni davam etdirəcək.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Financial Times” (FT) qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, ABŞ prezidenti və Hərbi Dəniz Qüvvələri İran limanlarına tətbiq olunan blokadanı davam etdirə və İranla “uranın ölkə daxilində zənginləşdirilməsi ilə bağlı əhəmiyyətli razılaşma” əldə olunana qədər iqtisadi sanksiyalar vasitəsilə təzyiqi artıra bilər. ABŞ, həmçinin İranın artıq mövcud olan yüksək dərəcədə zənginləşdirilmiş nüvə materialları ehtiyatının tamamilə ləğvinə çalışacaq.

Uolts münaqişənin hətta bir ildən sonra da həll olunmamış qala biləcəyini istisna etməyib. Bununla belə, o, İranın daha tez “ciddi şəkildə danışıqlar masasına əyləşəcəyinə” ümid etdiyini bildirib.

Bundan əlavə, FT qeyd edir ki, hazırda ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilərdən sonra İrana qarşı hücum əməliyyatlarının bərpası ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti