Dələduzluqda şübhəli bilinən şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət Xəbər 22 Oktyabr 2026 12:43 (UTC +04:00)
Dələduzluqda şübhəli bilinən şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyevin Almaniyadan ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, razılıq Baş Prokurorluğun Almaniyanın Federal Ədliyyə İdarəsinə müraciəti, tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində əldə olunub.

Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək vətəndaşlara mənzillərini təmir edəcəyinə dair yalan vədlər verməsi, onları aldatmaqla və etibarlarından sui-istifadə etməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqdan yayınaraq gizləndiyinə görə onun barəsində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Görülən tədbirlər nəticəsində Elmir Nuriyevin Almaniyada yeri müəyyənləşdirilərək saxlanılması təmin edilib.

Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti