Bakı. Trend:
Oktyabrın 15–21-də Azərbaycanda polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 264 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı gündəlik məlumatlara əsasən, həmin müddətdə ölkə ərazisində qeydə alınan 274, əvvəlki dövrlərdən bağlı qalan 41 olmaqla, ümumilikdə 315 cinayətin açılması təmin olunub.
Həftə ərzində axtarışda olan 412 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 294 nəfəri borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 27 fakt müəyyən edilib.
