Bu ölkədə iğtişaşlara görə 5 ilədək həbs veriləcək

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 11:47 (UTC +04:00)
Bu ölkədə iğtişaşlara görə 5 ilədək həbs veriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Baş naziri Corcia Meloni zorakılıqla müşayiət olunan nümayişlərdə iştiraka görə beş ilədək həbs və 20 min avroyadək cərimə tətbiq ediləcəyini açıqlayıb.

ANSA agentliyinin məlumatına görə, yeni qaydalara əsasən, nümayişlər zamanı daş, pirotextnik vasitələr, o cümlədən fişəng və taxta parçaları ataraq insanların təhlükəsizliyini təhdid edən şəxslər cəzalandırılacaq. Üzünü gizlədən, xəsarət yetirən və qrup halında vandalizm törədən şəxslərə daha ağır cəzalar tətbiq olunacaq.

Meloni bildirib ki, yetkinlik yaşına çatmayanların törətdiyi hüquq pozuntularına görə onların valideynləri məsuliyyət daşımalıdır. O, zorakılığın yolverilməz olduğunu vurğulayıb.

Hökumət həyatın bahalaşmasına qarşı etirazların polislə toqquşmalara, vandalizmə və talançılığa çevrilməsindən sonra Milana 500 hərbçi göndərməyi planlaşdırır. İtaliyada şənbə günü yeni nümayişlər gözlənilir.

Hökumət, həmçinin yetkinlik yaşına çatmayanların qabaqlayıcı qaydada həbsdə saxlanılması hallarının genişləndirilməsini, gənclər dəstələrinə qarşı mübarizənin gücləndirilməsini və ictimai asayiş üçün təhlükə yaradan şəxslərin toplaşmalarının qadağan edilməsini nəzərdən keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti