Bakı. Trend:
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd göstərildiyi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Mərkəzin “X” sosial şəbəkəsindəki rəsmi hesabında qeyd olunub
ki, bəzi media orqanlarında və sosial şəbəkə hesablarında yayılan
görüntülər köhnə tarixə aiddir.
“Türkiyə bayrağının endirilməsi kimi bir vəziyyət yaşanmamışdır”, –
deyə açıqlamada bildirilir.
Açıqlamada vurğulanıb ki, köhnə görüntüləri kontekstindən çıxararaq yeni hadisə kimi təqdim edənlər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrini hədəfə alırlar.