Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Patriot” zenit-raket kompleksləri üçün raketlərin tədarükünü gecikdirdiyini bildirib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
“Biz bilirik ki, Pentaqon tərəfdaşlarımızın artıq PURL proqramı vasitəsilə ödənişini həyata keçirdiyi raketlərin tədarükünü gecikdirir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, raketlərin yeni partiyalarının tədarükü ABŞ-nin müdafiə naziri Pit Heqsetin imzasını gözləyir.
Bundan əvvəl Ukraynanın “The Kyiv Independent” nəşri Heqsetin “Patriot” raketlərinin tədarükünü qəsdən gecikdirdiyini iddia edib. Nəşr qeyd edib ki, raketlərin pulunu Ukraynanın müttəfiqləri artıq ödəyiblər.
