Polşa qırıcılarını havaya qaldırıb

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 15:00 (UTC +04:00)
Polşa qırıcılarını havaya qaldırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşada oktyabrın 20-də səhər saatlarında Rusiyanın Ukraynanın qərbinə hücumları ilə əlaqədar hava həyəcanı elan edilib.

Bu barədə “Polsat News” məlumat yayıb.

Məlumata görə, Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə xəbərdarlıq bildirişləri göndərilib. Lyublin və Jeşuv hava limanları fəaliyyətini dayandırıb. Polşa təhlükəsizlik məqsədilə hərbi aviasiyanı havaya qaldırıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının oktyabrın 20-də “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib ki, Rusiyanın Ukraynanın qərbindəki hədəflərə dəfələrlə hava zərbələri endirməsi ilə əlaqədar Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Hava Əməliyyatları Mərkəzi vasitəsilə hava komponentinin komandanlığını və hava hücumundan müdafiə sistemlərini hərəkətə gətirib.

“Bu əməliyyatlar qabaqlayıcı xarakter daşıyır və təhlükəsizliyin təmin edilməsinə, xüsusilə də müvafiq ərazidə Polşanın hava məkanının qorunmasına yönəlib”, – deyə məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti