Bakı. Trend:
Abşeron rayonunun Masazır kəndində avtomobil piyadanı vuraraq öldürüb.
Trend-in məlumatına görə, hadisə oktyabrın 19-da "Duzlu göl" adlanan ərazidə baş verib.
Belə ki, Vahim Vahidovun idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobil piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
