Tramp İsrailin İrana hücumunu son anda dayandırıb - DETALLAR

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 09:35 (UTC +04:00)
Tramp İsrailin İrana hücumunu son anda dayandırıb - DETALLAR

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun oktyabrın əvvəlində İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlamaq planını ABŞ Prezidenti Donald Tramp dayandırıb.

“Financial Times” qəzetinin əməliyyat planları ilə tanış olan üç mənbəyə istinadən yaydığı məlumata görə, Tramp İranla müharibənin yenidən başlamasının ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının mövqeyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edib.

Məlumata görə, Netanyahu İsrail hərbçilərinə oktyabrın 10-na təsadüf edən həftəsonu üçün bir neçə gün davam edəcək bombardman kampaniyası hazırlamağı tapşırıb. Plan İranın nüvə obyektlərinə, elektrik stansiyalarına, digər mülki infrastruktura və İran rejimi ilə əlaqəli obyektlərə zərbələr endirilməsini nəzərdə tutub. Əməliyyatın fevralda başlanmış ABŞ-İsrail hərbi kampaniyasından daha intensiv olması planlaşdırılıb.

Trampın razılıq verməməsi səbəbindən plan təxirə salınıb. Bununla belə, hər iki lider Tehrana qarşı yeni hərbi əməliyyatlarla bağlı təhdidlərini davam etdirib.

Mənbələrdən biri yaxın həftələrdə yeni zərbələrin endirilməsinin real ssenari olaraq qaldığını bildirib. Onun sözlərinə görə, mümkün əməliyyatda həm İsrail, həm də ABŞ iştirak edə bilər.

“Ya razılaşma olacaq, ya da hücum”, – deyə mənbə bildirib.

Məlumata görə, Vaşinqton İranın nüvə proqramını və Hörmüz boğazına nəzarət məsələsini əhatə edən razılaşma əldə etməyə çalışır.

“Financial Times” yazır ki, İsrail rəsmiləri kəşfiyyat məlumatları əsasında yenilənmiş İran hədəflərinin siyahısını ABŞ tərəfinə təqdim ediblər. Siyahıya əvvəlki hərbi kampaniya zamanı vurulmayan mülki infrastruktur obyektlərinin də daxil olduğu bildirilir.

Xatırladaq ki, ABŞ və İsrail bu il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamışdı.Hazırda tərəflər arasında müharibə passiv formada davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti