İraq İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini bağlayır

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 03:42 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini “əlavə bildiriş verilənədək” bağlayıb. Shafaq News portalının məlumatına görə, Bağdadın sentyabr ayında İraq ərazisindən həyata keçirilən Səudiyyə Ərəbistanına hücumlarda Tehranın əli olduğuna dair “sübutlar” əldə etməsindən sonra bu addım atılıb.

Portalın mənbəsinin bildirdiyinə görə, İranla sərhəddəki keçid məntəqələrinin bağlanması barədə göstərişi şəxsən İraqın baş naziri Əli əz-Zeydi verib. İraq hakimiyyəti hesab edir ki, İran İslam Respublikası təkcə Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinə endirilən zərbədə iştirak etməyib, həm də sərhədyanı ərazilərə pilotsuz uçuş aparatlarının (PUA) yığılması üçün komponentlər gətirib. Həmin dronlardan sonradan Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunub.

İraq və İranın rəsmi qurumları hələlik bu məlumatı şərh etməyiblər.

“Şərq–Qərb” neft kəmərinə hücum sentyabrın 11-də həyata keçirilib. Ertəsi gün, sentyabrın 12-də isə İraqın baş naziri neft kəmərinə hücum edən PUA-ların Maysan vilayətinin ərazisindən buraxıldığı barədə məlumatlar təsdiqləndikdən sonra vilayətin əməliyyat komandanlığının rəhbərini vəzifəsindən kənarlaşdırıb.

Xəbər lenti

Xəbər lenti