Fransa Silahlı Qüvvələrinin polkovniki Hoqar ölkədəki böhranın üç səbəbini açıqlayıb

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 04:48 (UTC +04:00)
Fransa Silahlı Qüvvələrinin polkovniki Hoqar ölkədəki böhranın üç səbəbini açıqlayıb

Bakı. Trend:

Kütləvi miqrasiya, miqrantlardan siyasi məqsədlər üçün istifadə edilməsi və hökumətin müstəqil siyasət yürütmək iqtidarında olmaması Fransada hazırkı böhranın üç əsas səbəbidir. Bu fikri Fransanın Silahlı Qüvvələrinin istefada olan polkovniki, Fransa Xarici Legionunun veteranı Jak Hoqar TASS-a açıqlamasında bildirib.

Ekspert qeyd edib: “Mövcud vəziyyətin səbəbləri çoxsaylıdır və bəzən onları təhlil etmək çətindir. Lakin əslində bunları üç əsas amilə endirmək olar: Avropa mənşəli olmayan və xristianlığı qəbul etməyən əhalinin kütləvi miqrasiyası; “Tabe olmayan Fransa” kimi ifrat solçu hərəkatların, seçki və siyasi məqsədlərlə, assimilyasiyaya uğramayan bu icmalardan, zərurət yarandıqda isə hakimiyyətdə olan qüvvələrdən də istifadə etməsi; eləcə də beynəlxalq maliyyə dairələrindən və qlobalist Avro-Atlantik layihəsindən asılı olan korrupsiyalaşmış və zəif hökumətin acizliyi”.

Hoqarın sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu bu sistemli problemlər aradan qaldırılmadan və Beşinci Respublikanın dövlət siyasətinə yenidən baxılmadan mümkün deyil.

Xəbər lenti

Xəbər lenti