"Ronaldo komandanı yarı yolda qoydu” — Ten Haq Kriştiano Ronaldonu sərt tənqid edib

İdman Xəbər 21 Oktyabr 2026 02:02 (UTC +04:00)
"Ronaldo komandanı yarı yolda qoydu” — Ten Haq Kriştiano Ronaldonu sərt tənqid edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

“O, nə topla, nə də topsuz qaçırdı” — “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq çərşənbə axşamı bildirib ki, Kriştiano Ronaldo 2022-ci ildə “qırmızı şeytanlar”ın heyətində ikinci dəfə çıxış etdiyi dövrdə “komandanı yarı yolda qoyub”.

2022-ci ildə vəzifəyə təyin olunan və portuqaliyalı ulduzla münasibətləri gərginləşən niderlandlı mütəxəssis The Athletic nəşrinə müsahibəsində qəti şəkildə bildirib: “O, özünü hazırlamamışdı”. Münasibətlər o həddə çatmışdı ki, Ronaldo 2022-ci ilin oktyabrında “Tottenhem”ə qarşı məğlubiyyətlə başa çatan oyunda ehtiyat oyunçu kimi meydana çıxmaqdan imtina etmişdi. Növbəti ay Ronaldonun müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdi.

Ten Haq bildirib: “O, komandanı yarı yolda qoydu və məni də yarı yolda qoydu”. Beşqat “Qızıl top” sahibi olan Ronaldo “şübhəsiz ki, futbol tarixinin ən yaxşı oyunçularından biridir. Mən ona böyük hörmət bəsləyirdim. Lakin həmin vaxt baş məşqçi kimi rasional qərar verməli və heyranlıq duyduğum oyunçuları meydanda saxlamalı idim”.

Bir neçə ay əvvəl İngiltərə Kubokunun (FA Cup) finalında “Mançester Siti”yə qalib gələrək kuboku qazanan “Mançester Yunayted”in baş məşqçisi Ten Haq 2024-cü ilin oktyabrında vəzifəsindən qovulub. Həmin vaxt komanda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşmışdı.

41 yaşlı Kriştiano Ronaldo sentyabrın 30-da milli komandanın baş məşqçisi ilə münaqişədən sonra komandanın düşərgəsini tərk etdiyinə görə indicə kifayət qədər yüngül cəza alıb — 30 günlük diskvalifikasiya.

Xəbər lenti

Xəbər lenti