Bakıda restoranda yanğın olub (VİDEO)

Hadisə Press-reliz 21 Oktyabr 2026 09:50 (UTC +04:00)
Bakıda restoranda yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb.

Restoran və yaşayış binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti