Xalçayuma adı ilə vətəndaşları aldatdı – saxlanıldı

Hadisə Xəbər 21 Oktyabr 2026 12:02 (UTC +04:00)
Xalçayuma adı ilə vətəndaşları aldatdı – saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti