“AzərEnerji” və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

Cəmiyyət Press-reliz 21 Oktyabr 2026 15:54 (UTC +04:00)
“AzərEnerji” və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Saşa Bakesin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə “AzərEnerji” məlumat yayıb.

Bildirilib ki, görüşdə AZURE layihəsinin icra vəziyyəti, ayrı-ayrı komponentlər üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olunub.

Tərəflər, həmçinin Azərbaycanda genişmiqyaslı bərpa olunan enerji layihələrinin elektrik şəbəkəsinə inteqrasiyası və bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti