Bakı. Trend:
Mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun sabiq müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı
çıxış edib.
Dövlət ittihamçısı Raqif Abbasov və Eldəniz Qulamov 12 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 4 noyabra təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli
miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri
seçilib.
