İstanbulda silahlı insident - ölən və yaralanan var

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 16:57 (UTC +04:00)
İstanbulda silahlı insident - ölən və yaralanan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İstanbulun Böyükçekmece rayonunda yaşayış kompleksində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə "Haber7" məlumat yayıb.

Hadisə rayonun Cumhuriyet məhəlləsində yerləşən yaşayış kompleksinin 17-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

26 yaşlı Yasin Binarcı hadisə yerində həyatını itirib, Mehmet Işık isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerində aparılan yoxlamalar zamanı üç tapança və müəyyən miqdarda narkotik vasitə aşkarlanıb. Hücumda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Cinayətin motivləri və halları araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti