Pakistanda ağır yol qəzası - 11 ölü, çox sayda yaralı var

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 17:19 (UTC +04:00)
Pakistanda ağır yol qəzası - 11 ölü, çox sayda yaralı var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun yolun ayırıcı zolağına çırpılaraq aşması nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə "Free Press Journal" məlumat yayıb.

Məlumata görə, Kəraçi şəhərindən Dera Qazi Xana gedən avtobus Racanpur bölgəsində, Hind çayı magistralının Banqla Hidayat yaxınlığındakı hissəsində sürücünün idarəetməni itirməsi nəticəsində yolun ayırıcı zolağına çırpılaraq aşıb.

Ölənlərdən savayı 30-dan çox yaralının olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan xilasedicilər ölənlərin cəsədlərini və yaralıları ətrafdakı xəstəxanalara çatdırıblar.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti