“Tesla” “Cybercab” robotaksilərini müştərilərə təqdim etməyə hazırlaşır

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 07:44 (UTC +04:00)
“Tesla” “Cybercab” robotaksilərini müştərilərə təqdim etməyə hazırlaşır

Bakı. Trend:

“Tesla” şirkəti sükan və pedalları olmayan “Cybercab” robotaksilərini 2026-cı ilin sonunadək müştərilərə çatdırmağı planlaşdırır. Lakin sürücünün müdaxiləsi olmadan hərəkəti təmin edən “Full Self-Driving” (FSD) proqramının müştəri avtomobillərində istifadəyə verilməsi 2027-ci ilin ikinci rübünə nəzərdə tutulub.

Bu barədə “Electrek” nəşri məlumat verib.

Məlumata əsasən, bu fərq avtomobillərin proqram təminatı hazır olanadək necə istifadə ediləcəyi ilə bağlı suallar yaradır.

Şirkətin mühəndislik üzrə vitse-prezidenti Lars Moravi bildirib ki, Texasda istehsal olunan “Cybercab” avtomobilləri hazırda əsasən “Tesla”nın öz robotaksi parkına yönəldilir. Şirkət gələcəkdə bu avtomobilləri müştərilərə təqdim etməklə onların çatdırılması, sahibliyi və parkın idarə olunması sahəsində təcrübəsini genişləndirməyi planlaşdırır. İlon Mask isə “Cybercab”ların əsasən şirkətin özünə məxsus nəqliyyat xidməti vasitələri kimi fəaliyyət göstərəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti