Bakı. Trend:
Fransa hökuməti oktyabrın 24-də həyat bahalılığına qarşı keçiriləcək növbəti ümummilli etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.
Baş nazir Sebastyən Lökornü Milli Assambleyada çıxışı zamanı şənbə günü keçiriləcək aksiyalar üçün polis qüvvələrinin kütləvi səfərbər ediləcəyini bildirib. O, oktyabrın 17-də keçirilən nümayişlər zamanı tətbiq olunan təhlükəsizlik tədbirlərinin həddindən artıq statik və kifayət qədər çevik olmadığını etiraf edib.
Daxili işlər naziri Loran Nünez bildirib ki, oktyabrın 24-ü üçün təhlükəsizlik strategiyası cəlb ediləcək qüvvələrin sayı, onların hərəkətliliyi və hadisələrə operativ müdaxilə imkanları baxımından yenidən nəzərdən keçiriləcək. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, hökumət əvvəlki aksiyalar zamanı baş vermiş zorakılıqların təkrarlanmamasına çalışır.