KXDR Cənubi Koreyaya sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 03:28 (UTC +04:00)
KXDR Cənubi Koreyaya sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib

Bakı. Trend:

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Seulun aqressiv addımlar atacağı təqdirdə Koreya Respublikasına sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

“Kənar həyətin hasarının təmirinə belə daim mane olan və “hərbi cavab tədbirləri” barədə səs-küy salan, özünü cilovlaya bilməyən ünsürlərə qəti xəbərdarlıq edirik. Əgər onlar bu patoloji hərarət içində qəsdən və ya bilməyərəkdən bir dəfə də olsun “səhvə” yol versələr, hər şeyə hazır olmalıdırlar”, – deyə Kim Yo Çjo bildirib.

Mərkəzi Komitənin şöbə müdiri qeyd edib ki, KXDR-in yeni vasitələri bütün demarkasiya xətti boyunca tam döyüş hazırlığı vəziyyətində olacaq, səsucaldan qurğular isə bir neçə gün ərzində sazlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti