Kolumbiyada cinayətkarlar polis bölməsinə dronlarla hücum ediblər

Hadisə Xəbər 22 Oktyabr 2026 07:08 (UTC +04:00)
Kolumbiyada cinayətkarlar polis bölməsinə dronlarla hücum ediblər

Bakı. Trend:

Kolumbiyanın şimalında yerləşən Pelaya şəhərində polis bölməsinə dronlarla hücum nəticəsində altı hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Bu barədə Sesar departamentinin hökuməti "X" sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün səhər tezdən cinayətkarlar dronlardan istifadə edərək Pelaya şəhərindəki polis bölməsinə hücum ediblər. Bu cinayət əməlləri nəticəsində altı polis əməkdaşımız yaralanıb”, – deyə məlumatda bildirilib.

İki polis əməkdaşı ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumu törədən şəxslərin axtarışına hərbçilər və polis əməkdaşları cəlb olunub. Cinayətkarların aşkar edilməsinə imkan verəcək məlumat üçün 150 milyon peso (47 min dollar) məbləğində mükafat elan edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti