Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır

Cəmiyyət Xəbər 22 Oktyabr 2026 10:31 (UTC +04:00)
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük tarifi 20 dəfə artırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı müvafiq qərar oktyabrın 23-də qüvvəyə minib.

Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.

Tarif artımı 23.10.2026 - 31.12.2029-cu illər tarixini əhatə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti