“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib (FOTO)

Energetika Press-reliz 22 Oktyabr 2026 11:32 (UTC +04:00)
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə həsr olunmuş sessiya təşkil edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sessiyada beynəlxalq mühəndislik və konsaltinq şirkəti “CESI” tərəfindən layihənin texniki və iqtisadi əsaslandırılması üzrə aparılmış tədqiqatın əsas nəticələri təqdim olunub. Şirkətin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola və baş enerji məsləhətçisi Filippo Del Grosso layihənin texniki parametrləri, iqtisadi göstəriciləri və həyata keçirilməsi imkanları barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması onun inkişafında mühüm mərhələdir.

Tədqiqatın nəticələri layihənin kommersiya strukturunun formalaşdırılması, maliyyələşdirmə imkanlarının qiymətləndirilməsi və yekun investisiya qərarına hazırlıq baxımından əsas yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti