Veneranı yalnız həmin gün səmada görə biləcəyik - tarix açıqlandı

Maraqlı Xəbər 22 Oktyabr 2026 17:31 (UTC +04:00)
Veneranı yalnız həmin gün səmada görə biləcəyik - tarix açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Venera oktyabrın 24-də Yerlə Günəş arasında yerləşəcək. Bu zaman planet Yerə təxminən 40 milyon kilometr məsafəyədək yaxınlaşacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Astronomiyada aşağı birləşmə adlanan bu hadisə orta hesabla 584 gündən bir baş verir. Veneranı adi gözlə müşahidə etmək isə noyabrın ikinci həftəsindən mümkün olacaq. Planet Günəş doğmazdan əvvəl üfüqdə görünməyə başlayacaq.

Noyabrın sonlarında Venera maksimum parlaqlığa çataraq Ay və Günəşdən sonra səmadakı ən parlaq obyekt olacaq.

Növbəti aşağı birləşmənin 2028-ci ildə baş verəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti