İtaliya Azərbaycana daha bir sahədə dəstək göstərəcək

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 14:05 (UTC +04:00)
İtaliya Azərbaycana daha bir sahədə dəstək göstərəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalayıblar.

Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi "X" səhifəsində yazıb.

Onun sözlərinə görə, sənəd İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və “Made in Italy” üzrə nazir Adolfo Urso ilə birlikdə imzalanıb.

Cabbarov qeyd edib ki, sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib.

Onun sözlərinə görə, bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti