Azərbaycanın qadın FIFA referisi UEFA tərəfindən təyinat alıb

İdman Xəbər 22 Oktyabr 2026 22:58 (UTC +04:00)
Azərbaycanın qadın FIFA referisi UEFA tərəfindən təyinat alıb

Bakı. Trend:

Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyeva UEFA tərəfindən təyinat alıb.

Bu barədə AFFA məlumat yayıb.

O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Fəridə Lütfəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Bundan əlavə, referi oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti