XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib (FOTO)

Siyasət Press-reliz 22 Oktyabr 2026 18:40 (UTC +04:00)
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 22-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun iştirakçıları ilə görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.

Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti