Bakı. Trend:
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov həbs edilib.
Trend-in əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin direktoru və mühasibinin qanunazidd əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Cinayət işi üzrə vurulmuş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.
Dünən, oktyabrın 22-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəşid Orucov və Vidadi Şirinov barəsində həbs qətimkan tədbiri seçilib.
