Xankəndi. Trend:
Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Forumun məqsədi sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi imkanlarını müzakirə etmək, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf qurulmasına xidmət edən innovativ həlləri müəyyənləşdirmək, eləcə də ağıllı idarəetmə sahəsində qabaqcıl təcrübələri bölüşməkdir.
Forum çərçivəsində qəbul edilən Bəyannamədə SOCGOV təşəbbüsünün sosial idarəetmənin gələcəyinə dair beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün institusional və davamlı platforma kimi inkişaf etdirilməsinə tam dəstək ifadə olunub.
Xəbər yenilənəcək
