Qazaxıstan uçot dərəcəsi ilə bağlı vacib qərar verdi

Dünya xəbərləri Xəbər 23 Oktyabr 2026 11:38 (UTC +04:00)
Qazaxıstan uçot dərəcəsi ilə bağlı vacib qərar verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın Milli Bankı əsas uçot dərəcəsini illik 16,25 faizdən 15,75 faizə endirmək qərarına gəlib.

Bu barədə tənzimləyici qurumun mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası Milli Bankının Pul-Kredit Siyasəti Komitəsi əsas uçot dərəcəsinin illik 15,75 faiz, müsbət və mənfi 1 faiz bəndi diapazonunda müəyyən edilməsi barədə qərar qəbul edib”, – məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 4-də Milli Bank əsas uçot dərəcəsini illik 16,75 faizdən 16,25 faizə endirmək barədə qərar qəbul etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti